İstifadə şərtləri

1. Ümumi müddəalar

kursor.az saytından (Kursor Education) istifadə etməklə bu şərtləri qəbul etmiş olursunuz. Şərtlərlə razı deyilsinizsə, saytdan istifadə etməyin.

Saytdan istifadə üçün minimum yaş həddi 16-dır.

2. Xidmətlər

Sayt praktik SQL tapşırıq paketləri, beynəlxalq sertifikat imtahan simulyatorları, təlimlər haqqında məlumat, sertifikat və VIP kartı təqdim edir. Təlimlərə qoşulma əlaqə vasitəsilə həyata keçirilir.

3. Hesab

Hesab şəxsidir. Başqası ilə paylaşmaq qadağandır. Hesabın paylaşıldığı aşkarlansa, giriş müvəqqəti və ya həmişəlik bağlana bilər.

Qeydiyyat zamanı verdiyiniz məlumatların doğruluğuna siz cavabdehsiniz.

4. Giriş və bron

Praktik paketlərin ilk tapşırıqları pulsuz demo kimi açıqdır. Tam girişə bron əsasında, saytda göstərilən müddətə icazə verilir.

5. VIP kartı

VIP kartı bir illik abunədir və bütün praktik paketlərə və simulyatorlara giriş verir. Kart şəxsidir, yalnız sahibi istifadə edə bilər, başqasına ötürülməsi və paylaşılması qadağandır.

6. Sertifikat

Kursor Education sertifikatı təlimi tamamladığınızı təsdiq edən şirkət sertifikatıdır. Dövlət sənədi və ya Oracle-ın rəsmi sertifikatı deyil.

7. Tədbirlər

Tədbirlərdə (workshop və webinar) yerlər məhduddur. Müraciət (bron) saytda qeydə alınır və Kursor Education tərəfindən təsdiqləndikdən sonra qeydiyyat tamamlanmış sayılır; təsdiqlənməyən bronun müddəti bitir. Tədbir ləğv edilə, təxirə salına və ya vaxtı dəyişdirilə bilər, bu barədə məlumat tədbir səhifəsində göstərilir. İştirak sertifikatı yalnız tədbirdə iştirak etmiş şəxslərə verilir.

8. Məzmun və əqli mülkiyyət

Saytdakı tapşırıqlar, suallar, izahlar və digər məzmun Kursor Education-a məxsusdur. Onları icazəsiz kopyalamaq, yaymaq, satmaq və ya avtomatik üsullarla toplamaq qadağandır. Şəxsi öyrənmə üçün istifadə icazəlidir.

9. Qadağan olunan hərəkətlər

  • Başqasının hesabından istifadə etmək və ya öz hesabını paylaşmaq
  • Sistemin işinə və ya təhlükəsizliyinə zərər vurmağa cəhd etmək, avtomatik sorğularla yükləmək
  • Məzmunu icazəsiz kopyalamaq, yaymaq və satmaq

10. Məsuliyyətin məhdudlaşdırılması

Xidmətlər «olduğu kimi» təqdim olunur. Texniki işlər və ya qüsurlar səbəbindən müvəqqəti fasilələr ola bilər. Təlim və ya simulyatordan istifadə imtahan nəticəsinə və ya işə qəbula zəmanət vermir.

11. Şərtlərdə dəyişikliklər

Bu şərtləri zaman-zaman yeniləyə bilərik. Yenilənmiş versiya bu səhifədə «Son yenilənmə» tarixi ilə dərc olunur.

12. Əlaqə

Suallar üçün: info@kursor.az