Təlimlər

Oracle Database SQL

Oracle SQL Təlimi real verilər bazası mühitinin simulyasiyası üzərindən qurulmuş layihə əsaslı intensiv proqramdır. Tələbələr təməl sorğulardan tutmuş qabaqcıl analitik funksiyalara qədər geniş bir spektrdə biliklərə yiyələnərək real verilər bazası əməliyyatlarını mənimsəyirlər. Təlimin Əsas Üstünlükləri: Zəngin Praktiki Mühit: Hər modul üzrə xüsusi hazırlanmış dərslər, ev tapşırığı və praktiki işlər vasitəsilə biliklər dərindən möhkəmləndirilir. Peşəkar Səviyyəyə Yüksəliş: Sadə SELECT əmrlərindən başlayaraq mürəkkəb JOIN, alt-sorğular və analitik funksiyalara qədər addım-addım irəliləyiş təmin olunur. Sertifikat: Təlimi uğurla başa vuran məzunlara ixtisasartırma və peşəkar bacarıqları təsdiq edən rəsmi sertifikat təqdim olunur. Modul Üzrə Tədris Planı (Oracle SQL Yol Xəritəsi): Modul 01: Basic Select Statement — Cədvəlin datasına baxmaq, aliaslar və riyazi əməllər. Modul 02: Data Restriction, Sorting — Məlumatların filterlənməsi və sıralanması. Modul 03: Single-row Functions I — Tək sətirli SQL funksiyaları (1-ci hissə). Modul 04: Single-row Functions II — Tək sətirli SQL funksiyaları (2-ci hissə). Modul 05: Join — Inner, Outer, Cross – Cədvəllərin birləşdirilməsi. Modul 06: Group Functions — Aqreqat funksiyalar və qruplaşdırma. Modul 07: Subquery — Alt-sorğular, in-line view və CTE. Modul 08: Analytic Functions — Analitik funksiyalar, over və partition. Modul 09: DDL, DML — Verilər bazası obyektlərinin idarə olunması və manipulyasiya. Modul 10: View, Index, Pivot — Baxışlar, indekslər və struktur çevrilmələri. Kimlər Üçündür? Verilər bazası idarəetmə sistemlərini öyrənmək, peşəkar səviyyədə SQL sorğuları yazmaq bacarığı qazanmaq və karyerasını məlumat mühəndisliyi və ya verilər bazası istiqamətində inkişaf etdirmək istəyən hər kəs bu təlimə qoşula bilər.

PL/SQL

PL/SQL Təlimi real bank mühitinin simulyasiyası üzərindən qurulmuş layihə əsaslı intensiv proqramdır. Tələbələr əsas SQL biliklərini peşəkar Oracle PL/SQL bacarıqları ilə birləşdirərək sıfırdan işlək bir bank sistemi inşa edirlər. Təlimin Əsas Üstünlükləri: Real Layihə Təcrübəsi: Bütün tapşırıqlar vahid bir bank sistemi layihəsi ətrafında birləşir və hər modulda sistemə yeni funksionallıqlar əlavə olunur. GitHub Portfeli: Tələbələr yazdığı skriptləri Git/GitHub vasitəsilə idarə edərək karyeraları üçün kod portfeli formalaşdırırlar. Peşəkar Xəta İdarəetməsi: Kodların yalnız işləməsi deyil, həm də real istehsal mühitində yarana biləcək xətaların qarşısının alınması dərindən öyrədilir. Sertifikat: Təlimi uğurla başa vuran məzunlara ixtisasartırma və peşəkar bacarıqları təsdiq edən rəsmi sertifikat təqdim olunur. Modul Üzrə Tədris Planı (14 Modulluq Yol Xəritəsi): Modul 01: PL/SQL Giriş, Dəyişənlər və Sabitlər Modul 02: Baza Strukturu, Şərt və Dövr Operatorları Modul 03: Prosedurlar və Xətaların İdarə Edilməsi Modul 04: Funksiyalar və Valyuta Konvertasiyası Modul 05: PL/SQL daxilində SQL Sorğuları Modul 06: Kursorlar Modul 07: Toplu Əməliyyatlar Modul 08: Paketlər Modul 09: Trigerlər Modul 10: Dinamik SQL Modul 11: Obyektyönümlü PL/SQL Modul 12: Performans Optimizasiyası və Profilinq Modul 13: Təhlükəsizlik və İcazələr Modul 14: Final Layihə və GitHub Portfeli Kimlər Üçündür? Əsas SQL biliklərinə malik olan, lakin müəssisə səviyyəsində PL/SQL proqramlaşdırmasını öyrənmək, real bank məntiqini mənimsəmək, GitHub-da real layihə sərgiləmək və karyerasını gücləndirmək istəyən hər kəs bu təlimə qoşula bilər.

1Z0-071 Oracle Database SQL Sertifikat hazırlığı / İmtahan Simulyator

Oracle Database SQL (1Z0-071) sertifikat imtahani simulyatoru. Rəsmi Oracle 1Z0-071 sertifikat imtahanına tam hazırlaşın, biliklərinizi real imtahan mühitində sınayın və uğur şansınızı maksimuma çatdırın! Simulyatorun Əsas Üstünlükləri: Rəsmi Standartlar: İmtahanın formatına, strukturuna və çətinlik dərəcəsinə tam uyğunlaşdırılmış zəngin sual bazası. Real İmtahan Mühiti: Vaxt nəzarəti və interaktiv test mühiti sayəsində əsl imtahan həyəcanını əvvəlcədən yaşayın. Ətraflı Cavab İzahatları: Hər bir sualın cavab təhlili və izahatı ilə səhvlərinizi görün və biliklərinizdəki boşluqları doldurun. Proqresə Nəzarət: Nəticələrinizi izləyin, hansı mövzularda daha çox məşq etməli olduğunuzu dəqiq müəyyənləşdirin. Kimlər Üçündür? Oracle SQL biliklərini beynəlxalq səviyyədə təsdiqlətmək istəyən, 1Z0-071 rəsmi imtahanına hazırlaşan və imtahan günü hər hansı sürprizlə qarşılaşmaq istəməyən bütün data mütəxəssisləri üçün ideal məşq və sınaq mühiti.

Simulyatora keç → İmtahan haqqında →