← Bütün imtahanlar

Oracle Database SQL (1Z0-071)

Rəsmi parametrlər

Kod1Z0-071
SertifikatOracle Database SQL Certified Associate
VersiyaOracle Database 19c
Sual sayı63
Müddət120 dəqiqə
Keçid balı63%
FormatMultiple choice · onlayn, nəzarətçi ilə (Proctored Online)
Qiymət$245 (ölkəyə görə dəyişə bilər)
Rəsmi səhifəOracle-ın rəsmi səhifəsi →

Rəsmi məlumat Oracle tərəfindən dəyişə bilər — imtahandan əvvəl Oracle səhifəsini yoxlayın.

Bu imtahan haqqında

1Z0-071 Oracle-ın SQL üzrə əsas sertifikat imtahanıdır. Uğurla keçənlər Oracle Database SQL Certified Associate sertifikatı alır. İmtahan sorğular (SELECT), INSERT/UPDATE/DELETE, DDL və DCL əmrləri, cədvəllər və indekslər, optimizator, data modelləşdirməsi və normallaşdırma mövzularını əhatə edir. Kursor simulyatorunda real imtahan formatında məşq edə bilərsiniz. Hər sualın azərbaycan dilində izahı var, məşq rejimində isə tərcümə köməkçisi işləyir.

Kursor simulyatoru haqqında

İmtahan rejimi

Rəsmi imtahan kimi: 63 sual, 120 dəqiqə, 63% keçid balı. Sualları işarələyə (Flag for Review) və Review ekranından istənilən suala keçid edə bilərsiniz.

Məşq rejimi

Bölmə üzrə seçim, hər sualda dərhal izah, AZ tərcümə köməkçisi (sual mətnini və terminləri azərbaycan dilinə çevirir).

Demo və tam versiya

Qeydiyyatsız/demo istifadəçi 10 sual üzərində məşq edə bilər (hər biri ayrı bölmədən). Tam versiyada bütün suallar və imtahan rejimi açıqdır.

İmtahan 16 bölmədən ibarətdir.