Bank Kartı Əməliyyatları — sxem haqqında

Bu paketdə bank kartı əməliyyatları üzərində SQL tapşırıqlarını həll edəcəksiniz. Əvvəl sxemi tanıyın: hansı cədvəllər var, nəyi saxlayır və bir-biri ilə necə bağlıdır.

Məlumat qeydi. Bu paketdəki data real bank əməliyyatlarının strukturuna və davranışına uyğunlaşdırılmış sintetik datadır. Heç bir real müştəri, kart və ya bank məlumatı istifadə olunmayıb, məxfilik pozulmur.

Necə işləyirsiniz

  • Bütün tapşırıqlar CARD_OPERATIONS sxemində yalnız SELECT sorğusudur. Cədvəl adlarını sxem adı olmadan yazın (məsələn, FROM customers).
  • Sorğunuzu yazın və yoxlayın. Nəticə gözlənilən nəticə ilə müqayisə olunur. Sütunların adı və sırası tapşırıqda yazıldığı kimi olmalıdır (lazım gələndə AS ilə ad verin), artıq sütun əlavə etməyin.
  • Ehtiyac olsa, «İpucu» və «İzah» bölmələrinə baxın. «Düzgün cavabı göstər» düyməsi isə yalnız sizin istəyinizlə cavabı açır.

Cədvəllər

Cədvəl Nəyi saxlayır Əsas sütunlar
customers Müştərilər customer_id, full_name, birth_date, gender, city, segment, registered_date, status
accounts Müştərilərin hesabları account_id, customer_id, currency, balance, opened_date, status
card_products Kart məhsulları (növləri) product_id, product_name, network, card_type, annual_fee, default_limit, cashback_pct
cards Verilmiş kartlar card_id, account_id, customer_id, product_id, masked_pan, issue_date, expiry_date, status, credit_limit
mcc_codes Ticarət kateqoriyası kodları mcc_code, description, category
merchants Ticarət məntəqələri merchant_id, merchant_name, mcc_code, city, country
card_transactions Kart əməliyyatları txn_id, card_id, merchant_id, txn_ts, amount, currency, txn_type, channel, status, decline_reason, is_foreign
fraud_alerts Şübhəli əməliyyat xəbərdarlıqları alert_id, txn_id, rule_code, risk_score, status, created_at
chargebacks Mübahisəli əməliyyatlar chargeback_id, txn_id, opened_date, reason_code, amount, status, closed_date
statements Kredit kartı aylıq çıxarışları statement_id, card_id, period_start, period_end, total_spend, min_payment, due_date, paid_amount, paid_date
fees Komissiyalar fee_id, card_id, fee_type, amount, charged_date
fx_rates Gündəlik məzənnə rate_date, currency, rate_to_azn

Cədvəllər arasında əlaqə

customers ──< accounts ──< cards ──< card_transactions ──< fraud_alerts
    │                         │             │ └──────────< chargebacks
    └──────────────────────< cards          └── merchants ──> mcc_codes
cards ──< statements,  cards ──< fees,  cards ──> card_products
  • Bir müştərinin bir neçə hesabı, bir hesaba bir neçə kart ola bilər.
  • Hər əməliyyat bir karta aiddir (card_transactions.card_id) və ticarət məntəqəsi ilə bağlıdır (merchant_id). ATM və köçürmə kimi bəzi əməliyyatlarda ticarət məntəqəsi olmaya bilər.
  • Fraud xəbərdarlığı və chargeback həmişə konkret əməliyyata (txn_id) bağlıdır.

Dəyərlərin izahı

Sahə Dəyərlər
customers.segment MASS (kütləvi), AFFLUENT (yüksək gəlirli), CORPORATE (korporativ)
accounts.status ACTIVE (aktiv), CLOSED (bağlı), FROZEN (dondurulmuş)
cards.status ACTIVE, BLOCKED (bloklu), EXPIRED (vaxtı bitib), CLOSED (bağlanıb)
card_products.card_type DEBIT, CREDIT, PREPAID
card_transactions.txn_type PURCHASE (alış), ATM (nağd çıxarış), TRANSFER (köçürmə), REFUND (geri qaytarma)
card_transactions.channel POS, CONTACTLESS, ECOM (onlayn), ATM
card_transactions.status APPROVED (təsdiqlənib), DECLINED (rədd edilib), REVERSED (ləğv edilib)
decline_reason INSUFFICIENT_FUNDS, LIMIT_EXCEEDED, CARD_BLOCKED, WRONG_PIN, SUSPECTED_FRAUD
fraud_alerts.status OPEN, CONFIRMED, FALSE_POSITIVE
chargebacks.status OPEN, WON, LOST
fees.fee_type ANNUAL (illik), SMS, FX (valyuta), LATE (gecikmə)

Vacib qaydalar

  • Valyuta. Hesablar və əməliyyatlar AZN, USD və EUR valyutasındadır. Fərqli valyutadakı məbləğləri birbaşa toplamaq olmaz: ya bir valyuta üzrə filter edin (WHERE currency = 'AZN'), ya da fx_rates ilə çevirin.
  • Kart nömrəsi. masked_pan yalnız son 4 rəqəmi göstərir, tam kart nömrəsi heç yerdə saxlanmır.
  • Vaxt. txn_ts həm tarixi, həm saatı saxlayır.
  • Data dövrü. Əməliyyatlar 2025-11-01 – 2026-10-31 aralığındadır.