Kursor VIP kartı

Bir il ərzində bütün praktik paketlərə və imtahan simulyatorlarına bronsuz giriş.

Nələr daxildir

  • Tapşırıq Paketlərinə 1 İllik Giriş
    HR sxemində praktik SQL, Bank Kartı Əməliyyatları və sonradan əlavə olunacaq yeni paketlər, demo məhdudiyyəti olmadan.
  • Beynəlxalq Sertifikat İmtahan Simulyatorlarına Giriş
    1Z0-071 və 1Z0-149, həm məşq, həm imtahan rejimi.
  • Aylıq Ödənişsiz Workshoplar
  • Data təlimlərinə 10% Endirim
  • Aylıq Karyera və Müsahibə Sessiyaları
  • Fərdi Mentor Dəstəyi
  • Rəqəmsal Material Bazasına Giriş
  • Networking & Coffee Privilege

Kart və nişan

Nömrəli VIP kartı PNG və PDF kimi yüklənir və QR kodla doğrulanır. Kabinetdə profil şəklində qızılı halqa və tac. VIP müddətində paketlər və simulyatorlar üçün ayrıca bron lazım deyil.

Nələr daxil deyil

Təlimlər (Oracle Database SQL və Oracle PL/SQL) ayrıca elan olunur, VIP təlimə qoşulmanı əvəz etmir; data təlimlərinə 10% endirim tətbiq olunur.

VIP kartı: dizayn nümunəsi
Nümunə dizayn. Ad və nömrə uydurmadır.

Tez-tez verilən suallar

VIP kartını necə əldə edirəm?

Bizimlə əlaqə saxlayın. Kart sizin hesabınıza əlavə olunur və e-poçtunuza link göndərilir.

VIP müddəti bitəndə nə olur?

Giriş adi qaydaya qayıdır: demo tapşırıqlar açıq qalır, tam giriş üçün bron lazımdır. Nəticələriniz və tarixçəniz saxlanılır, heç nə silinmir.

Kartı necə yoxlayırlar?

Kartdakı QR kodu oxudanda doğrulama səhifəsi açılır; orada yalnız baş hərflər və kartın etibarlılığı göstərilir, tam ad və ya e-poçt göstərilmir.

Bronum varsa, VIP-ə ehtiyac varmı?

Bron bir paket üçün müəyyən müddətə açır, VIP isə bütün paketləri və simulyatorları bir kartla açır.

VIP kartı üçün bizimlə əlaqə saxlayın